Fransa klubunda yeni müqavilə


İdman 03 May 2018 15:10:00 227 0

Fransa klubunda yeni müqavilə

Marseille klubu 26 yaşlı hücumçu Buna Sarrla yeni müqavilə imzalayıb. Goal.az xəbər verir ki, sözləşmə 2022-ci ilin yayına kimi qüvvədə olacaq.

"Marseille-ə gəlməyimdən 2 ildən çox vaxt ötməsinə inanmaq olmur. Klubun müqaviləmi yeniləməsi çox xoşdur. Bu, işimə dəyər verilməsi deməkdir. Hazırki layihənin bir parçası olmağa şadam. İndi mövsümü uğurla başa vurmalıyıq ki, azarkeşləri sevindirək" - Sarr deyib.

Bu mövsüm hücumçu Fransa Liqasında 26 oyuna çıxıb.