Yəmən sularında neft tankerini partlatdı, Bakıda tutuldu, Quantanamodan çıxdı FOTO


Kriminal 03 May 2018 14:49:00 299 0

Yəmən sularında neft tankerini partlatdı, Bakıda tutuldu, Quantanamodan çıxdı  FOTO

2002-ci ildə Yəmən ərazi sularında neft tankerini bomba yüklü katerlə partladan və həmin il Bakıda həbs olunan "Əl-Qaidə" terrorçusu Əhməd əl-Darbi saxlanıldığı Quantanamo həbsxanasından buraxılıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Pentaqon məlumat yayıb.

Əhməd əl-Darbinin Quantanamo həbsxanasından buraxılması onun törətdiy hərbi cinayətlərə görə özünü tam günahkar sayması və ABŞ-a qarşı mülki iddia qaldırmayacağına dair təminat verməsi sayəsində mümkün olub. Əl-Darbi Quantanamodan vətəndaşı olduğu Səudiyyə Ərəbistanına göndərilib. O, Donald Trampın prezidentliyi dövründə Quantanamodan buraxılan ilk məhbusdur. Hazırda həbsxanada terror cinayətləri törədən 40 məhbus qalır.

Əl-Darbi bundan əvvəl ABŞ həbsxanalarında olarkən işgəncəyə məruz qaldığını bildirirdi. 2013-cü ildə Amerika hərbi məhkəməsi onu Quantanamoda 13 il həbsə məhkum edib. Əl-Darbi hökmdən apelyasiya verməkdən imtina edib və anlaşmaya görə cəzasının qalan hissəsini Səudiyyə Ərəbistanında çəkməlidir.