Ukrayna xarici işlər nazirinin müavini Azərbaycana gəldi


Siyasət 03 May 2018 14:36:00 225 0

Ukrayna xarici işlər nazirinin müavini Azərbaycana gəldi

Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar Azərbaycana işgüzar səfərə gəlib.

Son.az xəbər verir ki, bu barədə Trend Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Nazir Ukrayna-Azərbaycan siyasi məsləhətləşmələrində iştirak edəcək.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunacaq.