ABŞ-ın Suriyadakı təşkilatının binası qarşısında partlayış olub, 4 nəfər ölüb, 10 nəfər yaralanıb


Dünya 03 May 2018 14:15:00 249 0

ABŞ-ın Suriyadakı təşkilatının binası qarşısında partlayış olub, 4 nəfər ölüb, 10 nəfər yaralanıb

Hadisə nəticəsində çoxlu sayda binaya ziyan dəyib

Suriyanın şimal-qərbində ABŞ-ın humanitar yardım təşkilatının binası qarşısındapartlayıştörədilib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə İdlibin mülki müdafiə təşkilatının müdiri Mustafa Hac Yusuf məlumat verib.

Hadisə nəticəsində biri qadın olmaqla, 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Partlayış əyalətin Dana rayonunda baş verib. Hadisə bomba quraşdırılmış avtomobillə törədilib. Partlayış nəticəsində çoxlu sayda binaya ziyan dəyib.