"Billat Qarabağ-a keçəcək və ona böyük pullar ödəniləcək"


İdman 03 May 2018 13:12:00 257 0

"Billat Qarabağ-a keçəcək və ona böyük pullar ödəniləcək"

Cənubi Afrika Respublikasının (CAR) Mamelodi Sundowns klubunun futbolçusu Xama Billat böyük ehtimalla Qarabağ-a keçəcək. Goal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pitso Mosimane danışıb. 54 yaşlı mütəxəssis Billiatın Azərbaycana getməzdən öncə hazırki klubunda son matçına çıxa biləcəyini qeyd edib.

"Belə söz-söhbətlər var ki, Billat Qarabağ-a keçəcək və ona böyük pullar ödəniləcək. Billiat bizimlə müqaviləsini yeniləmədi. Mən onun gedişini qəbul etdim. Amma açığı, Xama bizə 5 yaxşı ilini verdi. İndi isə onu buraxma zamanı yetişib".

CAR çempionatında növbəti çempionluğunu rəsmiləşdirən Mamelodi Sundowns mövsümdə son oyununu mayın 12-də Blum Celtic-ə qarşı keçirəcək.