"Dərman vasitələrinin reklamı siqaretin reklamından daha təhlükəlidir"


Digərləri 03 May 2018 13:01:00 288 0

"Dərman vasitələrinin reklamı siqaretin reklamından daha təhlükəlidir"

"Azərbaycanda dərman vasitələrinin reklamının tam əleyhinəyəm".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda dərman vasitələrinin reklamına qismən icazə verilir, ancaq bu məsələyə yenidən baxılmalıdır: "Dərman vasitələrinin reklamı siqaretin reklamından daha təhlükəlidir. Biri çıxıb deyir ki, şəkərli diabeti bu dərmanla müalicə etmək olar və s".