Keçmiş arvadını öldürüb, yanındakı kişini yaralayan şəxs polisə təslim olub


Digərləri 03 May 2018 13:05:00 356 0

Keçmiş arvadını öldürüb, yanındakı kişini yaralayan şəxs polisə təslim olub

Nərimanovda keçmiş arvadını qətlə yetirən şəxs axtarılır Mayın 1-də paytaxtın Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında Gəncə şəhər sakini Rəşad İbrahimzadənin münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk etməsi, nəticədə Z.İbrahimovanın hadisə yerində ölməsi, E.Əliyevin isə xəstəxanaya yerləşdirilməsi faktı ilə əlaqədar dərhal rayon polis idarəsi və prokurorluğunun əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-dən Son.az-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində R.İbrahimzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək təslim olub, cinayətin aləti olan bıçağı da polisə təqdim edib. 

Pünhan Mirzə