DİN Nardaranda əməliyyat keçirdi - Qumbara və patronlar aşkarlandı


Digərləri 03 May 2018 13:02:00 204 0

DİN Nardaranda əməliyyat keçirdi - Qumbara və patronlar aşkarlandı

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Bakı. Samir Əli - Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. DİN-dən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbəsindəki qəbiristanlıqdan 1 ədəd nömrəsi silinmiş ov tüfəngi, 1 ədəd patron darağı (AK-74 silahına aid), 1 ədəd “F-1” markalı qumbara, 4 ədəd bıçaq və 312 ədəd patron tapılıb.