Hindistanda qum fırtınası 70-dən çox adamın həyatına son qoyub


Dünya 03 May 2018 12:55:06 256 0

Hindistanda qum fırtınası 70-dən çox adamın həyatına son qoyub

Qum fırtınası ölkənin şimalındakı bir neçə ştatda baş verib

Dünən gecə Hindistanın şimalında yerləşən bir neçə ştatda tüğyan edən qum fırtınası zamanı 70-dən çox adam ölüb, onlarla adam xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yerli telekanallar fırtınanın Uttar Pradeş və Racastan ştatlarında tüğyan etdiyini, yağan leysan yağışlarının isə bir neçə evin çökməsinə səbəb olduğunu bildirib.

Güclü külək ağacları kökündən çıxarıb, elektrik dirəklərini aşırıb. Bu səbəbdən də bəzi bölgələrdə elektrik enerjisi təchizatında problemlər yaşanıb.