Sevil və Sevinc bacıları efirdə ağladı: "Atamızı ikimiz dəfn etdik" VİDEO FOTO


Şou-biznes 03 May 2018 12:49:00 365 0

Sevil və Sevinc bacıları efirdə ağladı: "Atamızı ikimiz dəfn etdik"  VİDEO  FOTO

Son.az bildirir ki, ARB TV-nin "Səhər-səhər" verilişinə qonaq olan müğənnilər Sevil və Sevinc bacıları maraqlı açıqlamalar verib.

Bacılar atalarını itirməklərindən söz açarkən göz yaşlarını saxlaya bilməyiblər: 

"Bu gün, həm evin kişisiyəm, həm də anamın qızıyam. Atamız 54 yaşında vəfat etdi. Çox anidən baş verdi. Anamgil Murmansk şəhərində idi, bacımla mən atamı dəfn etdik. Bunun üçün güclü olmalısan. Nə bizim, nə də qardaşımın toyunu görə bilmədi. Yeni il günü, bayramlarda tədbir götürmürük. Atam bizi səhnədə görməyi çox sevirdi. Röya əməkdar artist adını alandan sonra atam zəng edib bizə əməkdar artist adını almağımızı arzuladı. Bacımla baş-başa verib ağladıq".


Xəbərə aid foto