Rusiyanın hərbi təyyarəsi Suriyada qəzaya uğrayıb, iki pilot ölüb


Dünya 03 May 2018 12:24:56 270 0

Rusiyanın hərbi təyyarəsi Suriyada qəzaya uğrayıb, iki pilot ölüb

Hadisə əyalətin Ceble şəhərində qeydə alınıb

Rusiyanın Su-30SMhərbi təyyarəsi Suriyanın Lazakiya əyalətində qəzaya uğrayıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə əyalətin Ceble şəhərində qeydə alınıb.

Təyyarə Aralıq dənizinə düşüb, nəticədə göyərtədəki iki pilot ölüb.

Rusiyanın Müdafiə Nazirliyi xəbəri təsdiqləyib.