İş adamına "elektroşok" verib 70 min pulu oğurladılar VİDEO FOTO


Digərləri 03 May 2018 12:24:00 281 0

İş adamına "elektroşok" verib 70 min pulu oğurladılar  VİDEO  FOTO

Mingəçevirin "Azdress" qəsəbəsində işə gedən 32 yaşlı Elvin Abdullayev 2 nəfərin hücumuna məruz qalıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə zamanı şirkət işçisi olan E.Abdullayevin üzərində külli miqdarda pul olub. Cinayətkarklar Elvinə "elektroşok"la təsir göstərdikdən sonra içərisində 70 min manat olan çantanı götürərək hadisə yerindən uzaqlaşıblar.

Zərərçəkənin atasının sözlərinə görə oğlu pulu şirkətə təhvil verməli imiş.

Rafiq Abdullayev- Zərərçəkənin atası: "Oğlum deyir ayağımı 2-ci mərtəbəyə basanda arxadan "elektroşok veriblər". Bu zaman halsız vəziyyətə düşüb və yuvarlanaraq 2-ci mərtəbə ilə 1-ci mərtəbənin arasına düşüb. Oğlum halsız vəziyyətdə sumkanı əlindən buraxan kimi, onlar pulu götürüb qaçıblar. Şirkətə məxsus 70 min manat pul olub. Onun 5 minə qədəri isə düşüb "padyez"ə".


Xəbərə aid fotolar