“Nar” 2018-ci ilin ilk rübünün nəticələrini açıqladı


Digərləri 03 May 2018 12:24:42 278 0

“Nar” 2018-ci ilin ilk rübünün nəticələrini açıqladı

“Azerfon” MMC (“Nar” ticarət nişanı) cari ilin ilk rübünün nəticələrini açıqlayıb.

Bakı. “Azerfon” MMC (“Nar” ticarət nişanı) cari ilin ilk rübünün nəticələrini açıqlayıb. Nəticələrə əsasən, bu dövr ərzində şirkət bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib. Bu göstərici üzrə təkcə paytaxt ərazisində deyil, həmçinin bölgələrdə də yüksək nəticə əldə edilib ki, bu da mobil operatorun regionlardakı şəbəkəsini gücləndirməsi sayəsində mümkün olub. Belə ki, “Nar”ın sərfəli internet paketləri sayəsində ilin ilk rübündə mobil internetdən istifadədə 68% artım olub. Dünya təcrübəsində mobil zənglərə tələbatın azalma trendinə baxmayaraq, “Nar”da səsli zənglərin həcmi keçən ilə nisbətdə dəyişməz olaraq qalıb. Cari ilin ilk üç ayı ərzində mobil operator ölkə ərazisində 156 yeni baza stansiyası quraşdırıb. Mobil operator Bakı şəhəri və Abşeron yarımadasında 84, Gəncə, Göyçay, Quba, Cəlilabad, Mingəçevir, Salyan, Şəki, Şəmkir, Tovuz, Zaqatala və respublikanın digər bölgələrində isə 63 yeni LTE baza stansiyasını istifadəyə verib. Artıq bölgələrdəki “Nar” abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə edirlər.