Həkimlərlə birgə cinayət əlaqəsinə girərək keyfiyyətsiz dərman vasitələri yayanlar cəzalarını alacaqlar


Digərləri 03 May 2018 12:17:00 227 0

Həkimlərlə birgə cinayət əlaqəsinə girərək keyfiyyətsiz dərman vasitələri yayanlar cəzalarını alacaqlar

Azərbaycanda keyfiyyətsiz dərman vasitələrini yayanlar cəzalarını alacaqlar.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda keyfiyyətsiz dərman vasitələrini yayanlar cəzalarını alacaqlar. Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, mətbuatdan məlum olduğu kimi, Respublika Prokurorluğu və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tədbir keçirib və keyfiyətsiz dərman vasitələri yayanlar aşkar olunub: “Həkimlərlə birgə cinayət əlaqəsinə girərək keyfiyyətsiz dərman vasitələrinin geniş yayılması və əhalinin sağlamlığına mənfi təsir edən hadisələr baş verib. Həmin insanlar cəzalarını alacaqlar. Dərman vasitələrinə daim nəzarət olmalıdır”.