Amerikalı ekspert: TREND Azərbaycanı bütün dünya ilə bağlayan etibarlı informasiya körpüsüdür


Digərləri 03 May 2018 12:08:00 251 0

Amerikalı ekspert: TREND Azərbaycanı bütün dünya ilə bağlayan etibarlı informasiya körpüsüdür

TREND İnformasiya Agentliyi Azərbaycanı bütün dünya ilə bağlayan etibarlı informasiya körpüsüdür.

Bakı. Ləman Zeynalova - TREND İnformasiya Agentliyi Azərbaycanı bütün dünya ilə bağlayan etibarlı informasiya körpüsüdür. Bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti Piter Teys deyib. O qeyd edib ki, TREND Qafqaz regionunda ən yaxşı informasiya agentliklərindən biridir və Mərkəzi Asiya, Avropa ölkələri, Türkiyə və digər ölkələr haqqında vaxtlı-vaxtında, dəqiq və strateji vacib informasiya təqdim edir: “Uzun illik fəaliyyəti ərzində TREND etibarlı informasiyanın təqdim olunmasında liderlik, beynəlxalq münasibətlər sahəsində səmərəli proqnozlaşdırma və müxtəlif geosiyasi, iqtisadi hadisələrin, ticarət layihələrinin və Qafqaz və Avropada tərəfdaşlıq münasibətlərinin vaxtlı-vaxtında təhlillərinin təqdim olunması sayəsində geniş ictimaiyyətlə və regional hökumətlərlə möhkəm əlaqələr qura bilib”. P.Teys bildirib ki, TREND Azərbaycan barədə xəbərləri fərqli dillərdə dərc edən informasiya agentliyidir: “Bu, çox vacibdir, çünki Azərbaycan hələ də erməni diaspor qruplarının maliyyələşdirdiyi bir sıra iri qlobal informasiya agentlikləri tərəfindən ayrı-seçkiliyə məruz qalır və “Wilson Quarterly”, “The Guardian” və “Huffington Post” kimi nəşrlərdə yanlış təəssürat yaradan təbliğat xarakterli xəbərlər dərc olunur”. Ekspert əlavə edib ki, TREND iqtisadi, maliyyə və ticarət təhlilləri, eləcə də gündəlik xəbərlərdə ixtisaslaşır və Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığa böyük diqqət ayırır. Onun sözlərinə görə, TREND-in ingilis dilində dərc etdiyi bütün materiallar dəqiq, aydın, parlaq və çox dürüstdür: “TREND İnformasiya Agentliyi aşağıdakı səbəblərlə əlaqədar xarici oxucular üçün çox sərfəli informasiya mənbəyidir: neft-qaz sahəsi üzrə regional hesabatların dərc olunması; Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər barədə xəbərlərin daimi təqdimatı; İranın energetika sahəsi və ixrac əməliyyatları üzrə hesabatların dərc olunması; Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq haqqında faydalı məlumatların təmin olunması; Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əməkdaşlıq haqqında məlumatlar”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin