Yunan-Roma yığmamız Avropa üçüncüsü oldu


İdman 03 May 2018 11:30:00 300 0

Yunan-Roma yığmamız Avropa üçüncüsü oldu

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Çempionatda yunan-Roma güləşi yarışları başa çatıb. Yığma komandamız çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Qızıl medalı yığmamıza Eldəniz Əzizli (55 kq) qazandırıb. Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) qazandırıb.

Bu nəticə ilə yığmamız komanda hesabında 113 xal toplayaraq Avropa üçüncüsü olub. Rusiya 169 xalla birinci, Gürcüstan 127 xalla ikinci olub.