Sahil Park yaşayış kompleksində yeni binanın inşası başladı


Digərləri 03 May 2018 11:25:00 335 0

Sahil Park yaşayış kompleksində yeni binanın inşası başladı

Sumqayıt şəhərində H.Əliyev parkının yanında Kristal Abşeron şirkəti tərəfindən inşa edilən Sahil Park yaşayış kompleksində ötən il inşasına başlanılan yaşayış binası artıq təhvilə hazırlanır. Layihənin yerləşmə yeri, memarlıq cəhətdən digər layihələrdən fərqlənməsi bu mənzillərə olan marağı daha da artırıb. Bunun nəticəsində bina təhvil verilməmiş  qısa zamanda mənzillərin böyük hissəsi artıq satılıb.

Özəl dəniz panoramalı ikinci bina

Şirkət müştərilərin müştərilərin istəklərini nəzərə alaraq həmin kompleksin yaxınlığında - Sumqayıt bulvarı ilə Heydər Əliyev parkının ortasında ikinci 7 mərtəbəli binanın inşasına başlayıb. Bina özəl dəniz ponoraması və bütün layihələrdən fərqlənən xüsusi memarlıq üslubu ilə seçiləcək. Bu yaşayış kompleksi məhşur Göyərçin heykəlinin tam arxasında yerləşir.

70%dək qənaət etmə imkanı verən xüsusi izolyasiyalı binalar

Qeyd edək ki, "Sahil Park" yaşayış kompleksinin tikintisində Ukrayna istehsalı armaturdan istifadə olunur. Binaların pilləkən və dəhlizlərinə mərmər döşənir. Binaların fasadı isti və soyuğu keçirməyən daş yunu ilə izolyasiya olunur. TexnoNikol şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzilinizi isti, isti havada isə sərin saxlayacaq. İzolyasiya sistemi  həmçinin büdcənizə qənaət etməyə kömək edəcək.  Mənzillərin qızdırılması və soyudulması üçün sərf olunan enerji az olduğundan, işıq və qaz xərcləriniz aşağı olacaqdır. 

Mənzillərdə Avropa istehsalı tikinti materiallarından istifadə olunur 


Xəbərə aid fotolar