“ASAN xidmət”də “Azərişıq” ASC-nin daha 2 xidməti yaradıldı


Digərləri 03 May 2018 11:11:00 238 0

“ASAN xidmət”də “Azərişıq” ASC-nin daha 2 xidməti yaradıldı

Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün vahid tarifin tətbiqinə başlanıldı.

Bakı. “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha 2 xidmət əlavə olunub. ASC-dən Trend-ə verilən məlumata görə, bu gündən etibarən ölkədəki bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı 2 yeni xidmət fəaliyyətə başlayıb. Qeyd edək ki, “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) üçün ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Bu xidmət sifarişçinin tələbinə uyğun olaraq dərhal və ya 2 gün ərzində həyata keçirilir.