"Dəmir adam" Dubayda insanların gözü qarşısında uçdu


Dünya 03 May 2018 10:30:00 250 0

"Dəmir adam" Dubayda insanların gözü qarşısında uçdu

Britaniya "Gravity İndustries" şirkətinin rəhbəri Riçard Brauninq Dubayda "Dəmir adam" kostyumunu təqdim edib.

Son.az xəbər verir ki, kostyumun imkanları GİSEC sərgisinin qonaqlarına göstərilib.

Onun köməkliyi ilə vertikal uçuşlar etmək mümkündür. Sürət və hərəkətin istiqamətini isə qollara quraşdırılmış mühərriklər vasitəsilə idarə etmək mümkündür.

"Dəmir adam" kostyumu pilota yanacağın səviyyəsini göstərən uçuş təhlükəsizliyi ötürücüləri və Wi-Fi ilə təhciz olunan ağıllı dəbilqə ilə birlikdə satılacaq.