Xəzəryanı ölkələr nəqliyyat sahəsində sazişin mətnini təsdiqləyib


Siyasət 03 May 2018 10:12:52 278 0

Xəzəryanı ölkələr nəqliyyat sahəsində sazişin mətnini təsdiqləyib

Saziş mətnini Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya ekspertləri razılaşdırıblar

Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya ekspertləri nəqliyyat sahəsində əməkdaşlıq haqqında sazişin mətnini razılaşdırıblar.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat nazirinin müavini Viktor Olerski Türkmənistanda keçirilən "Böyük İpək Yolu - inkişafın yeni hüdudlarına doğru" forumunda bildirib.

Onun sözlərinə görə, sazişin 2018-ci ildə Astanada keçiriləcək Xəzər sammiti zamanı imzalanması gözlənilir.

V.Olerski xatırladıb ki, bu sahədə sazişin hazırlanmasını 2015-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov təklif edib.

Qeyd edək ki, Astanada keçiriləcək sammitdə Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsinin nəzərdən keçiriləcəyi də gözlənilir.