Bakıda 3 avtomobil toqquşub, 2 yaralı FOTO


Digərləri 03 May 2018 08:51:00 257 0

Bakıda 3 avtomobil toqquşub, 2 yaralı  FOTO

Bakının Xəzər rayonu ərazisində, Aeroport yolunda yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı "QAZ 31105", "Saipa" və "Opel" markalı avtomobillər toqquşub.

Avtomobillərin üçü də şəhərin mərkəzi istiqamətində hərəkət edirmiş. Yüksək sürət və ara məsafələrinin qorunmaması səbəbindən əvvəlcə "Saipa" və "QAZ 31105" markalı avtomobillər toqquşub. Daha sonra "Opel" də onlara çırpılaraq qəzanın iştirakçısına çevrilib. Nəticədə avtomobillərdə olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yol qəzasının təfərrüatlarını Xəzər polisi araşdırır.


Xəbərə aid fotolar