Conni Deppin mühafizəçiləri aktyoru məhkəməyə veriblər


Digərləri 03 May 2018 08:43:00 267 0

Conni Deppin mühafizəçiləri aktyoru məhkəməyə veriblər

Məşhur aktyor Conni Deppin mühafizəçiləri Yucin Arbeloa və Migel Sançez onu məhkəməyə veriblər.

Son.az Trend-ə istinadən bildirir ki, Arbeloa və Sançez 2016-cı ilin əvvəllərindən işə qəbul olunublar. Onların sözlərinə görə, aktyorun ev mühafizəsi tərkibinə daxil olduqdan, Depp onları istismar etməyə başlayıb.

Mühafizəçilər bildiriblər ki, onlar bəzən Deppin narkotik vasitələr daşıdığı avtomobilini idarə etməli, uşaqları ilə oturmalı və hətta aktyoru özünü qeyri-adekvat apardığı zamanlar özündən qorumalı olublar.