ABŞda yanğınla nəticələnən partlayış olub


Dünya 03 May 2018 08:21:00 242 0

ABŞda yanğınla nəticələnən partlayış olub

ABŞ-da yanğınla nəticələnən partlayış olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Konnektikut ştatında qeydə alınıb. Şimali Heyvendə baş vermiş hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb. Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb edilib. İnternet şəbəkələrindən birində yayılmış videogörüntülərdə polis əməkdaşlarının iki nəfəri yaxaladıqları əks olunub.  Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.