ABŞda terror aktı hazırlayan yeniyetmə qız saxlanılıb


Dünya 03 May 2018 08:18:00 214 0

ABŞda terror aktı hazırlayan yeniyetmə qız saxlanılıb

ABŞ-ın Texas ştatında yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "The Dallas Morning News" qəzeti məlumat yayıb. Məlumata görə o, Pleyno şəhərindəki ticarət mərkəzində terror aktı həyata keçirməyə hazırlaşırıb. Ehtimal edilir ki, yeniyetmə İŞİD üzvlərinin təsiri ilə hərəkət edə bilər. Nəşrin xəbərinə görə, 17 yaşlı məktəbli ticarət mərkəzinə gələnlərə atəş açmağı planlaşdırırmış. Həmçinin bildirilir ki, yeniyetmə cinayəti törətmək üçün silah və zəruri geyimlə təmin edilib. Qəzetin məlumatına görə, ticarət mərkəzinə hücum mayın ortalarında olmalı idi. Saxlanılan şəxsə qarşı ittihamlar təsdiqlənsə, o, azadlıqdan ömürlük məhrum edilə bilər.