Çin mübahisəli ərazilərdə raket yerləşdirib


Dünya 03 May 2018 08:03:00 248 0

Çin mübahisəli ərazilərdə raket yerləşdirib

Çin "torpaq-gəmi" və "yer-hava" tipli raketləri Cənubi Çin dənizində yerləşdirib.

Son.az Trend-ə istinadən bildirir ki, raketlər dənizdə yerləşən Nanşa (Spratli) arxipelaqının üç adasında yerləşdirib.

Qeyd olunur ki, həmin ərazilər mübahisəli ərazilərdi. Ərazilərə görə Çin, Vyetnam, Tayvan, Malayziya, Filippin və Bruney mübarizə aparır.