Bakıda orta yaşlı kişi söyüşə görə bıçaqlanıb


Sosial 03 May 2018 02:45:56 284 0

Bakıda orta yaşlı kişi söyüşə görə bıçaqlanıb

Hadisə Qaradağ rayonunda baş verib

Bakıda orta yaşlı kişi söyüş söydüyünə görə bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsində 1975-ci il təvəllüdlü Əhmədov Azər Xanlar oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Davazamanı o, bıçaqlanıb. Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, hadisəyə səbəb kimi A.Əhmədovun tanışının ünvanına nalayiq ifadə işlətməsi göstərilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.