Normal yata bilməmək, gec yuxuya getmək və erkən oyanmaq...


Digərləri 02 May 2018 23:33:00 361 0

Normal yata bilməmək, gec yuxuya getmək və erkən oyanmaq...

Yuxusuzluq təkcə yuxu çatışmazlığı ilə xarakterizə olunmur. Normal yata bilməmək, gec yuxuya getmək və erkən oyanmaq da narahatlıq doğuran məsələdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yaxşı yuxu gün ərzində daha gümrah olmaq və gözəl görünmək üçün əsas şərtlərdən sayılır.

İnsan gün ərzində orta hesabla 7-8 saat yatmalıdır. Lakin bununla belə yuxuya olan tələbat fərdi olaraq dəyişə bilər. Təkcə normadan az yatanda deyil, lazım olduğundan çox yatanda da yuxu nizamsızlığı baş verir. Sağlam orqanizm ona lazım olan yuxunun qədərini müəyyən edə bilir.