Tikintidə bədbəxt hadisə


Digərləri 02 May 2018 23:21:00 279 0

Tikintidə bədbəxt hadisə

Tovuz rayonunda tikintidə bədbəxt hadisə baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, rayonda tikintidə fəhlə işləyən, 1990-cı il təvəllüdlü Rüstəmov Qaçay Sahib oğlunun sifət nayihəsinə ağır taxta düşüb.

Hadisə nəticəsində Q. Rüstəmovun çənəsi sınıb.

Yaralı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar aparılır.