Nigeriyada törədilmiş terror aktlarında ölənlərin sayı 86 nəfərə çatıb


Dünya 02 May 2018 23:24:00 309 0

Nigeriyada törədilmiş terror aktlarında ölənlərin sayı 86 nəfərə çatıb

Nigeriyada törədilmiş iki terror aktında ölənlərin sayı 86 nəfərə çatıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə "France Presse" agentliyi öldürülənlərin dəfn edildiyi qəbristanlığın işçilərinə istinadən məlumat yayıb.

"Biz axşam saat 21:00-a qədər cəsədləri dəfn etdik. İşin başa çatmasına qədər 76 məzar vardı. Dünən 76 nəfəri dəfn etdik. Bu gün daha 10 cəsədi dəfn etdik. Aydındır ki, bu insanlar dünən aldıqları zədələrdən həlak olublar", - deyə müsahiblərdən biri agentliyə bildirib.