ABŞ-da təyyarə qəzasında ölənlərin sayı artıb - YENİLƏNİB-2 - FOTO


Dünya 02 May 2018 23:00:00 225 0

ABŞ-da təyyarə qəzasında ölənlərin sayı artıb - YENİLƏNİB-2 - FOTO

Qəza zamanı 5 nəfər həlak olub

ABŞ-da C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "WCJB" telekanalı ölkənin Hərbi Hava Qüvvələrinin Milli Qvardiyasının nümayəndəsi Ceff Bezoraistinadənməlumat yayıb.

C.Bezorun sözlərinə görə, hadisə zamanı təyyarədə neçə nəfərin olması məlum deyil.

Hadisə Corciya ştatında baş verib.

***21:27

ABŞ-daC-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" məhkəmə tibb ekspertizasına istinadən xəbər verib.

Qeyd edək ki, hadisə Corciya ştatında baş verib.

***20:45

ABŞ-ın Corciya ştatında C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.

"Bəli, biz bu təyyarənin Milli Qvardiyaya məxsus olduğunu təsdiqləyirik. Bu an biz yalnız bu məlumata sahibik", - suallara cavab olaraq Mətbuat xidmətinin nümayəndəsi deyib.