İkinci bahar yaşamağa dəyər?


Digərləri 02 May 2018 22:20:00 273 0

İkinci bahar yaşamağa dəyər?

Siz tanış oldunuz, aranızda sevgi qığılcımları oyandı... Və bir gün onu həqiqətən də sevdiyinizi anladınız... Artıq sən ssenarinin ən gözəl hissəsini yaşayırsan... Qəfildən hər şey məhv olur. Ayrılıq, göz yaşı, depressiya... Bütün bunları unudub, yenidən sevmək mümkündürmü? Səni həyatında "İkinci bahar" reallığı gözləyir... Bunu yenidən yaşamağa dəyər?  

Son.az axşam.az-a istinadən bildirir ki, "İkinci bahar" yaşamaq insanları daha xoşbəxt edir və bu münasibət uğurlu alınır.

Bliskriq - bu bizim düşüncəmizdir

Sevgi psixologiyası - hər kəs ilk növbədə sənə vaxt və səbr lazım olduğunu deyəcək. Bu gün məqsədinə çatmaq yox, birinci olmağa çalışmaq dəbdədir. Alternativ vəziyətin nadir hallarda işə yaradığını düşünmək yanlışdır. Sevdiyin insanla ömrünün sonuna kimi birlikdə olcağını düşünürdün. Amma yalnız sənin bildiyin səbəblərdən bu reallaşmadı. Həyatının qalan hissəsini onsuz yaşamaq məcburiyyətindəsən. Onsuz ola bilər, amma bu tək yaşayacaqsan demək deyil. Bundan sonra nə edəcəm? Uğursuz həyatın olduğunu düşünüb, ömrünü tək başa vurmağı düşünürsən, yoxsa hər şeyi tezliklə unudub, yeni sevgiyə başlamağı? İkinci variant daha yaxşıdır...

Ekspert məsləhəti: Gənc yaşda olanlar ayrılıq acısını tez unudur, bir müddətdən sonra yeni bir həyata başlayırlar. 40 yaşdan sonra isə bu bir az çətin olur. Amma "İkinci bahar" sevgisi hər kəsin həyatında müsbət tərəfə dəyişiklər edir. Hər bir insan sevgi istəyir. Amma yenidən bir sevgi yaşamaq üçün diqqətli olmaq lazımdır. Bu da bir hadisədir, külək kimi ötüb keçəcək. İlk sevgində etdiyin səhvləri bir kağıza yaz. Onun nələri bəyənmədiyini və sizi ayrılığa gətirən səbəbləri təkrarlamamağa çalış. Beləcə, yaşayacağın ikinci sevgi daha uğurlu və davamlı olar.

Tapmaq və təslim olmamaq

Ömrünün yarıdan çoxunu onunla başa vurmusan. Amma heç gözləmədiyin anda həyatında dəyişikliklər olur. Siz ayrılmaq qərarına gəlirsiniz. Bu sevgi sənə əziyyət versə də, ayrılığa sevinmirsən. Həyatının yarıdan çoxunu tənha keçirtmək, illərdir bir evdə yaşadığın insandan ayrı qalmaq... O sənə əziyyət verirdi... Amma sevgidən çox kiməsə öyrəşmək insana əziyyət verir... İkinci cəhd... Bu, ayrılıq yaşayan hər kəsin həyatında baş verəcək ən gözəl hal ola bilər...

Ekspert məsləhəti: Hər şey öz vaxtında gələcək, əgər sən gözləməyi bacarırısansa... Əgər qarşına məqsəd qoyursansa, ona çatmaq üçün yollar axtar. Burada əsas sənin ciddiliyin, cəhdlərin və həvəsindir. Ümidlərini heç vaxt qırma... Sevgi hər zaman insan həyatına gəlir... İkinci, üçüncü, hətta dördüncü dəfə də...   Uğursuzluq və depressiya

İşdə uğursuzluq - sən bunu çətin də olsa yola verdin. Dostlarla mübahisələr - bunlarda bir gün ötüb, keçəcək... Ən pis hal isə - illərdir birlikdə olduğun, insanla ayrılmaqdır. Bunu isə düzəltmək mümkün deyil. Sənə həyatında baş verən uğursuzluqları götür-qoy etmək lazımdır. Ola bilsin ki, sən ən sadə bir amili gözdən qaçırtdın. Uğur rahat şəraitdə insanın əlinə düşən şansdır.  Ekspert məsləhəti: Sən uğursuzluq səbəblərini ortaya çıxardıqdan sonra, onları bundan sonra davam etdirməyin nə dərəcədə real olduğunu aydınlaşdır. Əgər yenidən həyatında gözəl sevgi olmasını istəyirsənsə ilk növbədə görünüşünə fikir ver. Hər bir qadını depressiyadan yeni saç düzümü, alış-veriş çıxarır. Görünüşündə dəyişiklik edib, daha da baxımlı olduqdan sonra özünü səni atıb getmiş sevgiyə layiq bilməyəcəksən. Səhvlər üzərində düzəlişi "ikinci cəhd"lə etmək ən yaxşı variantdır.

İkinci və üçüncü addımı atmağa dəyər?

Burada keçmiş qaydalardan istifadə etmək lazımdır: kağıcı iki hissəyə ayır. Birinə məqsədlərinə çatmaq üçün düşündüklərini yazıb, üstəgəllər qoy. Digərinə isə, sənə mane olan səbəbləri qeyd edib, çıxaq işarələri qoy. "İkinci bahar" yaşamaq sənə nə verəcək? Yoxsa sən artıq tənhalığa öyrəşmisən? "İkinci sevgi mənə xoşbəxtlik cətirəcəkmi?" düşüncələri sən yorub.