Şirkətlər əməkdaşlarının ağlından keçəni oxuya biləcək ŞOK YENİLİK


Digərləri 02 May 2018 22:17:00 268 0

Şirkətlər əməkdaşlarının ağlından keçəni oxuya biləcək  ŞOK YENİLİK

Çinli alimlər şirkətlərdə əməkdaşların rəhbərliklə rahat anlaşa bilməsi üçün beyin impulsları vasitəsilə emosiyalarını izləyəcək.

Son.az xəbər verir ki, sözügedən sistemdən müxtəlif müəssisələrdə əməkdaşların vaxtında fasilə vermək, vəzifələrini vaxtında dəyişdirmək və hətta işçilər arasında istirahət günlərini təyin etmək üçün istifadə edirlər. Bu, müəssisədə iş keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edilir.

Şirkətlərdən biri sözügedən sistemin tətbiqindən sonra şirkət gəlirlərinin 315 milyon dollara qədər artdığını bildirib.

Sistemi tətbiq etmək üçün işçi geyimin bir hissəsinə xüsusi cihazlar quraşdırılır. Bu cihazların köməyilə beyin impulsları nəzarətə götürülür. Texnologiya yalnız istehsalata aid müəssisələrdə deyil, həm də hərbi strukturlarda istifadə oluna bilər. Cihaz və süni intellekt insanın bütün emosiyalarını - qəzəb, həyəcan və ya kədərini də müəyyənləşdirə bilir.