Xarici dili hansı yaşda mükəmməl öyrənə bilərsiniz?


Digərləri 02 May 2018 22:02:00 288 0

Xarici dili hansı yaşda mükəmməl öyrənə bilərsiniz?

Alimlərin fikrincə, 17-18 yaş həddi xarici dili mükəmməl səviyyədə öyrənmək üçün ən münasibdir. Bu yaşdan sonra insanlarda dili qavramaq qabiliyyəti zəifləyir. Məsələn, övladınızın ingilis dilinin qrammatikasını ingilislər səviyyəsində mənimsəməsi üçün məşğələlərə 10 yaşından gec olmayaraq başlamaq lazımdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Facebook" saytında ingilis dilinin qrammatikası üzrə müxtəlif yaş qrupundan olan 670 min nəfərin iştirak etdiyi imtahanın test sualları dərc edilib.

Testin yekunları göstərib ki, imtahanda yaxşı nəticə göstərən 246 min nəfər ingilisdilli mühitdə böyüyüb və uşaqlıq illərində bu dildə danışıb. Digər tərəfdən, yetkinlik yaşından sonra da xarici dili yaxşı səviyyədə öyrənmək olar, amma onu ana dili kimi mənimsəmək çox çətindir. Alimlər bunu beynin adaptasiyası və yaşla əlaqədar uğradığı dəyişikliklə əlaqələndirirlər.

Massaçusets Texnoloji Universitetinin professoru, tədqiqatın müəlliflərindən biri olan Coş Tenenbaum deyir: "Ola bilər ki, bioloji dəyişikliklər mövcuddur. Bir sıra hallarda mədəni və sosial amillər də nəzərə alınmalıdır. Bir çox cəmiyyətlərdə uşaqlıq və gənclik dövrü 17-18 yaşadək davam edir və bu yaşdan sonra siz işləmək və ya universitetdə oxumaq üçün evi tərk edirsiniz. Bütün bu hallar insanın xarici dil öyrənmək qabiliyyətinə təsir edir".