Altı ayda 30 milyon insan həyatını İTİRƏCƏK 10 fəlakət SSENARİSİ VIDEO
Digərləri 02 May 2018 21:32:00 300 0
"Microsoft" şirkətinin qurucusu, milyarder Bill Qeyts qlobal epidemiya barədə xəbərdarlıq edib.
Son.az xəbər verir ki, Qeyts qlobal epidemiyanı insanları təhdid edən mümkün qiyamət ssenarilərindən biri kimi qiymətləndirilib.
Milyarderin sözlərinə görə, qlobal epidemiyadan 6 ayda 30 milyon insan həyatını itirə bilər. Şirkət rəhbəri hesab edir ki, bu ssenari növbəti 10 il ərzində baş verə bilər.
Qeyd edək ki, bu yaxınlarda bir şirkət planetimizin sonunu gətirə biləcək 10 fəlakət ssenarisini müəyyənləşdirmiş və bu ssenarilərin baş vermə ehtimallarını açıqlamışdı. Bill Qeytsin bəhs etdiyi qlobal epidemiya ssenarisi də siyahıda yer almışdı. Bu ssenarinin baş vermə ehtimalı olduqda yüksək qiymətləndirilir.
Bu ssenarilər aşağıdakılardır:
1. Kənar sivilizasiyanın Yer kürəsini işğal etməsi - 500-də 1 ehtimal.
2. Qara dəliyin Yer kürəsini udması - 125-də 1 ehtimal.
3. Nano-maşınların planetimizdə insan mədəniyyətinə son qoyaraq dominant növlərə çevrilməsi - 100-də 1 ehtimal.
4. Süni intellektin insanlar əmrindən çıxması - 80-də 1 ehtimal.