Azərbaycanlı rejissordan sərt açıqlama: "Komediyanın adını bədnam ediblər" FOTO


Kriminal 02 May 2018 21:11:00 280 0

Azərbaycanlı rejissordan sərt açıqlama: "Komediyanın adını bədnam ediblər"  FOTO

Rejissor Aqil M. Quliyevin Son.az-a müsahibəsi.

- İstərdim "Ər-arvad" layihəsindən danışaq. Sizin rejissorluğunuz ilə çəkilən bu ekran işi necə ərsəyə gəldi?

- Həyatda bir çox şeylər kimi bu da təsadüfən baş verdi. Sadəcə, bu "sitkom"a start vermək ehtiyacı yaranmışdı. Prinsip etibarı ilə mən bu işi başladım və gözəl bir heyət yığa bildim. Bu layihə ömür boyu mənimlə-mənsiz çalışır. Mən özüm elə fikirləşirdim ki, gülüşlə bağlı problemlərim var. Zarafatı tutmaq, etmək... Bu serialdan sonra başa düşdüm ki, zarafat hissi məndə də varmış.

- Əslində, biz "Kəklikotu" filmində bunun əyani şahidi olmuşduq.

- İnandırım sizi ki, filmin rejissoru Cəfər Axundzadəyə yox cavabını vermişdim. Demişdim ki, vallah alınmayacaq. O, mənə dedi ki, mən maşınla gəlirəm dalınca, gedək çəkiliş meydançasına, əgər xoşuna gəlməsə, çıx get. Bax belə gəlib çəkildim.

- İstər rejissor kimi, istərsə də aktyor kimi səs olaraq Aqil M. Quliyev brendini yarada bilmisiniz. Bu, əvvəlcədən planlaşdırılmış bir şey idi, yoxsa Allahın vergisidir?


Xəbərə aid fotolar