“ASAN Xidmət”in yeni sədri: “Fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik” - VİDEO - EKSKLÜZİV


Sosial 02 May 2018 20:11:03 325 0

“ASAN Xidmət”in yeni sədri: “Fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik” - VİDEO - EKSKLÜZİV

“Prezident İlham Əliyevin tapşırığı ilə “ASAN Xidmət” bütün ölkəni əhatə etməlidir”

“Biz fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik”.

Bunu “Report”a eksklüziv müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O xatırladıb ki,Dövlət Agentliyinə sədr təyin olunana qədər bu qurumda sədr müavini vəzifəsindəçalışıb: “ASAN Xidmət”in cənab Prezident tərəfindən müəyyən olunmuş prinsipləri var: şəffaflıq, operativlik, məsuliyyət, nəzakətli davranış. Biz bu prinsiplərə əməl etməklə olduğumuz yerdən “ASAN Xidmət”in fəaliyyətinə davam edəcəyik”.

Ü.Mehdiyev qeyd edib ki, hazırda ölkə ərazisində 13 “ASAN Xidmət” mərkəzi var: “Mərkəzlərin 8-i regionlarda, 5-i Bakıdadır. Prezident İlham Əliyevin tapşırığı ilə “ASAN Xidmət” bütün ölkəni əhatə etməlidir”.

Qeyd edək ki, Ülvi Mehdiyev Dövlət Agentliyinin sədri vəzifəsində ilk müsahibəsini“Report”a verib. Müsahibəsinin tam versiyası mayın 3-də yayımlanacaq.