Fellaini: "Manchester United səhv etdiyini bilir"


İdman 02 May 2018 20:10:00 294 0

Fellaini: "Manchester United səhv etdiyini bilir"

Manchester United-in yarımmüdafiəçisi Maruan Fellaini klubla yeni müqavilə imzalamaq üçün danışıqlar apardığını bildirib. Goal.az xəbər verir ki, belçikalı havbek daha öncə bununla bağlı 2 müraciətinə səthi yanaşılmasından narazılığını ifadə edib.

"Klub əməkdaşları qalmağım üçün əlindən gələni edir. Mourinyo məni komandada görmək istədiyini deyəndən sonra vəziyyətim xüsusilə yaxşıdır. Ötən mövsüm məşqçinin yanına gedib yeni müqavilə istədiyimi dedim. Bundan sonra 1 görüş də oldu. Yeni müqavilə üçün 10 dəfə xahiş etmək istəmirəm. Komandanın vacib oyunçusu oldum. Mühüm futbolçuların qiyməti minimum 50 milyon funtdur. Klub səhvə yol verdiyini bilir. Mənim 30 yaşım var. Müqaviləm başa çatır, Manchester United-lə danışıqlar aparıram. Bir neçə klub mənimlə maraqlanır. Görək, nə olacaq".