Xarici alimlər Bilik Fondunda olub (FOTO)


Digərləri 02 May 2018 19:44:00 214 0

Xarici alimlər Bilik Fondunda olub (FOTO)

Xarici ölkələrdən olan konfrans iştirakçıları Bilik Fondunda olublar.

Bakı. Prezident yanında Bilik Fondu və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Milli-mənəvi dəyərlər: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Türkiyə və Rusiya universitetlərinin alimləri Bilik Fondunun qonağı olublar. Fonddan Trend-ə verilən məlumata görə, Türkiyənin Ortadoğu Teknik Universitetinin professorları Ayşegül Aydıngün, Ayşe Ceylan Tokluoğlu, Sakarya Universitetinin professorları Mustafa Kamal Şan, Musa Taştelen, Moskva Dövlət Hüquq Universitetinin birinci prorektoru, professor Yelena Yuryevna Qraçova Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşübər. O.Səmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək, beynəlxalq əlaqələr müstəvisində həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Fondun "Azərbaycan elmi xaricdə", "Dünya elmi Azərbaycanda" layihələri çərçivəsində 70-dən çox xarici ölkə alimləri tədbirlərə cəlb olunublar.