BVF: Yaxın iki il ərzində Azərbaycanda qeyrineft ÜDMi artacaq


Digərləri 02 May 2018 19:20:00 262 0

BVF: Yaxın iki il ərzində Azərbaycanda qeyrineft ÜDMi artacaq

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda qeyri-neft sektorunda ümumi daxili məhsulun (ÜDM) 2018-ci ildə 4 faiz, 2019-cu ildə 3,2 faiz artacağını proqnozlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fondun "Regional Economic Outlook: Middle East and Central Asia Update" hesabatında deyilir.

Proqnozlara əsasən, bu İl Azərbaycanın ÜDM-i 45,5 milyard dollara çatacaq. Gələn il bu göstəricinin 47,9 milyard təşkil edəcəyi gözlənilir.