Zəfər Məmmədov: İş axtaran qədər işçi axtaran da çoxdur


Digərləri 02 May 2018 18:53:00 257 0

Zəfər Məmmədov: İş axtaran qədər işçi axtaran da çoxdur

Trend sahibkar Zəfər Məmmədovun məqaləsini təqdim edir

Bakı. Trend sahibkar Zəfər Məmmədovun məqaləsini təqdim edir: Bu gün ölkəmizdə müəyyən qədər işsizliyin olduğu reallıqdır. Lakin işsizlikdən daha böyük problem peşəkar kadrların olmamasıdır. Həqiqətən də günü-gündən inkişaf edən özəl sektorda ən böyük problem kadr çatışmazlığıdır. Biri hüquq bitirib mahasib işləyir, mühasibatlığı bitirən menecer işləyir, menecmenti bitirən də tamam başqa bir sahədə çalışır. Bir sözlə ixtisaslı kadrların çoxu öz yerində deyil. Valideynlərin təzyiqi, yaxud diplom xətrinə daxil olduqları universitetləri də “sürünərək” bitirən tələbələr gələcəkdə mütəxəssisə çevrilə bilmir. Yalnız məzun olan gənclərin 20-30%-i seçdiyi ixtisasın peşəkarına çevrilir. Sahəsini mükəmməl bilməyən məzunlar da iş tapa bildiyi sahədə çalışırlar, lakin yeni başladığı işdə bilik və bacarıqları olmadığından çox vaxt burada da səmərəsiz olurlar. Problemin kökündə isə yuxarıda sadaladığımız problemlərlə yanaşı, peşə məktəblərinin olmaması dayanır. Niyə peşə məktəbləri? Doğrusu peşə məktəbləri hazırda mövcudluğunu qoruyur, amma bu mövcudluq elə yoxa bərabərdir. Maddi texniki bazası olmayan, müasir peşələri tədris edəcək müəllim heyətindən yoxsul təhsil müəssisələrindən nə isə gözləmək sadəlövlük olar. Sovet ittifaqının dağılması ilə çokən peşə məktəbi sistemi, həm yeni yaradılan müəssisələrdə ixtisaslı kadr çatışmazlığına, həm də işsizliyə səbəb oldu. Zavod və fabirlərdə tətbiq edilən müasir texnologiyalarla davrana bilən yerli kadrlarımız olmadı. Hansı ki, həmin kadrları peşə məktəbləri yetişdirməli idi. Təklifimiz ondan ibarətdir ki, ya yeni peşə məktəbləri yaradılsın, ya da köhnə mətəblər müsir tələblərə cavab verə biləcək vəziyyətə gətirilsin. Ardından günün ehtiyacına uyğun olaraq bütün sahələrə tələb olunan mütəxəssis sayı araşdırılsın və peşə məktəblərinin də aqibətinin universitetlər kimi olmasının qarşısı alınsın. Tutaq ki, hər hansı bir sahə üzrə 30 mütəxəssisə ehtiyac olduğu halda 150 məzun buraxılmasın. Bu gün restoran sahəsində ofisyant və aşpazdan tutmuş menecerə kimi, sənayedə müasir avadanlıqların idarə olunması, texnologiya, kimya və sair sahələrdə peşə ixtisası üzrə kadrlara ehtiyac var. Çox təəsüf ki, həmin ixtisaslarda yerli kadrların olmaması səbəbindən boşluğu doldurmaq üçün xarici mütəxəssislər gətirilir. Bəzən niyə xaricilər gəlib burda bizdən dəfələrlə çox maaş alır deyib şirkət rəhbərini ittiham edirik. Bunun səbəbi də həmin xarici mütəxəssisi əvəzləyəcək yerli peşəkar kadırın olmamasıdır.Axı hansı şirkət rəhbəri xaricdən işçi gətirmək üçün 10 qat artıq pul xərcləməyə can atar? Təbii ki, bacarıqlı yerli kadrlar olsa buna ehtiyac da qalmaz. Bu problemləri aradan qaldırmaq üçün də peşə məktəblərinin yaradılması vacibdir. Fərdi cəhdlər və “Zaferoğlu Akademiyası”