Göyçayda 16 yaşlı qızı maşın vurdu


Digərləri 02 May 2018 18:34:50 225 0

Göyçayda 16 yaşlı qızı maşın vurdu

Göyçay rayonunda piyadanı maşın vurub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon mərkəzində baş verib.

Göyçay rayon sakini, 2002-ci il təvəllüdlü Mustafayeva Ramilə Aydın qızı yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.