Səfir: "Azərbaycan və İsrail çoxtərəfli və strateji münasibətlər qurublar"


Siyasət 02 May 2018 17:58:40 297 0

Səfir: "Azərbaycan və İsrail çoxtərəfli və strateji münasibətlər qurublar"

Bu il Azərbaycana gələn israilli turistlərin sayının üç dəfə artaraq 50 mini ötəcəyi gözlənilir

"Azərbaycan kimi İsrail də qonşularla davamlı münaqişəyə baxmayaraq, iqtisadiyyatını gücləndirməyə, vahid cəmiyyət və sabit hakimiyyət sistemini qurmağa müvəffəq olub".

"Report" xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkəsinin Müstəqillik gününə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, İsrail və Azərbaycan strateji əməkdaşdırlar: "Azərbaycan öz müstəqilliyini elan edəndən sonra İsrail onun müstəqilliyini tanıyan dördüncü ölkə olub. İki ölkə müdafiə və energetika sahəsində əməkdaşlığa əsaslanan çoxtərəfli və strateji münasibətlər qurublar. İndi özəl sektorun iki əsas sahəsində ölkələrimizin münasibətləri daha da artır, onlardan biri də kənd təsərrüfatıdır. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərərn İsrail şirkətlərinin sayı artmaqda davam edir. Bu il Azərbaycana gələn israilli turistlərin sayının üç dəfə artaraq 50 mini ötəcəyi gözlənilir. Əminəm ki, onların hamısı Azərbaycanın İsraildəki xoşməramlı səfirlərinə çevirəcəklər".

Səfir qeyd edib ki, ikitərəfli münasibətlərin xüsusi tərkib hissəsi yəhudi icmalarının Azərbaycanda qədim vaxtlardan mövcud olmalarıdır.