Ermənistanda fəallar İran və Gürcüstan yolunu bağladılar


Dünya 02 May 2018 17:55:00 253 0

Ermənistanda fəallar İran və Gürcüstan yolunu bağladılar

Ermənistanda Nkol Paşinyanın tərəfdarları bu gün Gürcüstana və İrana gedən dövlət əhəmiyyətli yolları bağlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları N. Paşinyanın baş nazir seçilməsini tələb edirlər. "Bu gün bütün xalqın tələbi birdir: baş nazir bizim liderimiz Nikol Paşinyan olmalıdır. Respublikaçı deputatlar bu həqiqəti anlamalıdır", - deyə Sevanda Gürcüstan yolunu bağlayan fəallardan biri söyləyib.  

İran yolunda da eyni vəziyyət yaranıb. Vayk şəhəri ətrafında yerli sakinlər yük avtomobilləri vasitəsilə yolu kəsib və hökumət əleyhinə şüarlar səsləndirir. Yeniyetmələr yolda futbol və voleybol oynayır. Yollarda kabab çəkənlər də var.