Yaponiya yenə Cənubi Koreyaya etiraz etdi


Dünya 02 May 2018 17:57:00 182 0

Yaponiya yenə Cənubi Koreyaya etiraz etdi

Yaponiya Cənubi Koreyaya təkrar etiraz notası təqdim edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, etiraz Şimali və Cənubi Koreya rəhbərləri arasında keçirilmiş görüş zamanı verilən desertlə əlaqədar olub.

Həmin görüşdə təqdim olunan tortun üzərində birləşmiş Koreyanın xəritəsi və Yaponiya ilə Cənubi Koreya arasında mübahisəli Takesima (Tokto) adalarının xəritəsi əks olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Yaponiya ilk etiraz notasını təqdim etmişdi.