“Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər” Deputat


Digərləri 02 May 2018 16:26:00 261 0

“Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər”  Deputat

Turistlərin ölkəyə gəlməsi müsbət haldır. Amma elə şeylər var ki, diqqətdə saxlanılmalıdır. Qonşuluğumuzda ərəblər kirayə evlərdə qalır, əxlaqa uyğun olmayan işlərlə məşğul olurlar, oraları çox pis vəziyyətə çeviriblər. Belə olmaz axı.

Son.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

O, bəzi masaj salonlarının fəaliyyəti ilə bağlı da narazılığını bildirib: "Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər. Bunların qarşısı alınmalıdır, çox ciddi nəzarət edilməlidir. Azərbaycan mənim nəzərimdə dünyanın "ən göyçək fatması"dır. Mənim dövlətimdən namuslu-qeyrətli dövlət ola bilməz. Milli-mənəvi dəyərləri qorumalıyıq".