Juventus Milan'ın futbolçusunu istəyir


İdman 02 May 2018 15:32:00 237 0

Juventus Milan'ın futbolçusunu istəyir

Milan'ın yarımmüdafiəçisi Cakomo Bonaventura karyerasını İtaliyanın bir başqa klubunda davam etdirə bilər.

Goal.az-ın məlumatına görə, Juventus 28 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Juventus'un əsas transfer hədəfləri arasında Liverpool'dan Əmrə Can, Chelsea'dən Alvaro Morata da yer alır. 

Milan Bonaventuraya görə 25 milyon avro tələb edir.