Napoli portuqaliyalı qapıçını transfer etmək istəyir


İdman 02 May 2018 15:13:00 343 0

Napoli portuqaliyalı qapıçını transfer etmək istəyir

Sporting-in qapıçısı Rui Patrisio karyerasını İtaliyada davam etdirə bilər. Goal.az xəbər verir ki, 30 yaşlı qolkiperin xidmətlərində Napoli klubu maraqlıdır. Neapollular dünya çempionatı başlamazdan öncə onun transferini reallaşdırmaq barədə düşünür. Pepe Reynanın mövsüm başa çatan kimi Milan-ın düşərgəsinə yollanacağı bir neçə ay öncə dəqiqləşmişdi. Napoli Patrisionu 15-20 milyon avroya transfer etməyi planlaşdırır. Sporting isə ona 35 milyon avro qiymət qoyub. Bu mövsüm Portuqaliya çempionatında 32 oyuna çıxan Patrisio 22 qol buraxıb.