İsrailin tanınmış şairi Mətbuat Şurasında olub FOTO


Digərləri 02 May 2018 15:05:00 269 0

İsrailin tanınmış şairi Mətbuat Şurasında olub  FOTO

Bu gün İsraildən olan tanınmış şair Pyotr Davıdov Azərbaycan Mətbuat Şurasında olub.

Son.az xəbər verir ki, qonağı salamlayan Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb.

Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə İsrail və Azərbaycan mediası arasındakı oxşar və fərqli cəhətlərə toxunulub. Ə.Amaşov bildirib ki, hər iki ölkə bütün sahələrdə sıx əlaqələrə malikdir. Media hər zaman buna önəm verir. Şura sədri həmçinin vurğulayıb ki, Azərbaycan mediasının İsrailin qabaqcıl təcrübəsini öyrənməsi mühüm əhəmiyyətə malikdir.

P.Davıdov Azərbaycan və İsrailin mədəni əlaqələr müstəvisindəki dinamik əməkdaşlıq xəttindən söz açıb, mövcud istiqamətdəki xarakterik cəhətlərə toxunub.


Xəbərə aid fotolar