ÇL finalçılarına neçə bilet veriləcək?


İdman 02 May 2018 14:33:00 256 0

ÇL finalçılarına neçə bilet veriləcək?

Çempionlar Liqasının finalında çıxış edəcək klubların hər birinə UEFA 17 min bilet verəcək. 

Goal.az-ın məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdəki 63 min tamaşaçı tutumuna malik Olimpiyski stadionunda keçiriləcək həlledici qarşılaşma üçün 40 min 700 bilet satmağı planlaşdırır. Digər yerlər isə KİV-ə, sponsorlara və UEFA-ya üzv olan milli assosiasiyalara ayrılacaq.

Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 26-da keçiriləcək.