“Nar”ın dəstək olduğu informatika üzrə Ümumrespublika olimpiadası başladı


Digərləri 02 May 2018 14:24:00 244 0

“Nar”ın dəstək olduğu informatika üzrə Ümumrespublika olimpiadası başladı

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası” Bakı Mühəndislik Universitetində start götürüb.

Bakı. “Nar”ın dəstəyi, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Təhsil nazirliyi, Heydər Əliyev fondu və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası” 29 aprel 2018-ci il tarixdə Bakı Mühəndislik Universitetində start götürüb. Şirkətdən Trend-ə verilən məlumata görə, artıq 12-ci dəfə keçirilən olimpiada 17 may – Dünya telekommunikasiya və informasiya cəmiyyəti gününə həsr edilib. Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan maraqlarının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir. Bu il respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda qeydiyyatdan keçərək olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri – Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran dövlət universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri bu il olimpiadaya xüsusi maraq göstəriblər.